Bakıda keçirilən beynəlxalq boks turnirində yarımfinalçılar bəlli olub

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə 1/4 final mərhələsinə yekun vurulub.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, yarışın üçüncü günündə baş tutan döyüşlərin yekuna əsasən, daha 5 çəkidə yarımfinalçıların adlarına aydınlıq gəlib.

Azərbaycan millinin daha 6 boksçusu çıxışını qələbə ilə başa vurub. Yarımfinala vəsiqə qazanan idmançılar özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışın dördüncü günündə yarımfinal çərçivəsində 26 görüş olacaq. Turnirin qaliblərinin adlarına dekabrın 22-də aydınlıq gələcək.

1/4 final

57 kiloqram

Tağı Nəsibov (Azərbaycan) – Elbrus Kərimli (Azərbaycan) – 5:0

Ruslan Ruşanov (Azərbaycan) – Janseri Koşerbayev (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib

Məhəmmədəli Aşurəliyev (Azərbaycan) – Yazan Alqhamdi (Səudiyyə Ərəbistanı) – 5:0

Adam Macidov (Rusiya) – Maqomedrasul İbrahimov (Rusiya) – 0:5

63,5 kiloqram

Səid Yunusov (Özbəkistan) – Janqir Aldaberqenov (Qazaxıstan) – 5:0

Mehrab Abbasov (Azərbaycan) – Muhammed Miniqbayev (Tacikistan) – 3:1

Ruslan Qafurov (Tacikistan) – Saken Yermek (Qazaxıstan) – 5:0

Renat Krepştul (“Röyal” klubu, Litva) – İbrahim Zeynalov (Azərbaycan) – 3:2

67 kiloqram

Hüseyn Hacıyev (Azərbaycan) – Rustamjon Aşurov (Tacikistan) – 4:1

Rövşən Abbasov (Azərbaycan) – Abbasqulu Şadlinski (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib

Dias Serikuli (Qazaxıstan) – Ayxan Zeynallı (Azərbaycan) – 5:0

Torexan Sabirxan (Qazaxıstan) – Abdulla Çerqesov (Rusiya) – 5:0

80 kiloqram

Şamil Saqidoldayev (Qazaxıstan) – İlfan Xəlilli (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Hüseyn Hüseynli (Azərbaycan) – Cavohir Mexriddinov (Özbəkistan) – 0:5

Feras Salem (Səudiyyə Ərəbistanı) – Şamil Nəcəfov (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib

Tunar Cəfərov (Azərbaycan) – Madiyar Behultanov (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib