Samir Axundov Rojer Koma Kunilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının enerji məsələləri üzrə baş mütəxəssisi Rojer Koma Kunilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentlikdən  bildirilib ki, görüş zamanı EMTA-nın fəaliyyəti, Azərbaycanda energetika sahəsi üzrə mövcud normativ hüquqi aktlar, eləcə də tarif metodologiyası barədə məlumat verilib.

Eyni zamanda, görüşdə sözügedən sahədə investisiya imkanları, həmçinin ölkədə bərpaolunan enerji ilə bağlı yeni layihələr üzrə investisiya imkanları, elektrik enerji şəbəkəsinin gücləndirilməsi, Dünya Bankı ilə mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.