Ötən gün 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
![](resizer.php?src=photos/2024/02/1707200643.jpg&h=475&w=690&zc=1&q=90)
Fevralın 5-də polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində ümumi çəkisi 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15 kiloqramdan artıq heroin, 16 kiloqrama yaxın marixuana, 2 kiloqramdan çox metamfetamin, həmçinin 1010 ədəd metadon həbi olub.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.