Məmmədyarov Vaşinqtondadır: erməni həmkarı ilə görüşəcək

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşmək üçün ABŞ-da səfərdədir.

Bu məlumatı Azərbaycan Xarici İşlər Nazirliyindən təsdiqləyiblər.

 
Qeyd edək ki, görüş iyunun 20-də ABŞ paytaxtında ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə baş tutacaq.