Elnur Məmmədov Mixail Qaluzin ilə görüşüb

zərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov martın 29-da Moskvada Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildiriblər ki, görüşdə ikitərəfli münasibətlərin aspektləri müzakirə edilib, qarşılıqlı faydalı əməkdaşlığın cari vəziyyəti, habelə perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər habelə regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətə dair məsələləri nəzərdən keçiriblər.

Səfər çərçivəsində E.Məmmədovun Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq məsələləri, Latın Amerikası regionu ilə münasibətlərə məsul nümayəndələri ilə də görüşləri baş tutub.