Azərbaycan sambo millisi Avropa çempionatında qızıl medal qazanıb

Sambo üzrə Azərbaycan millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatını 3 medalla tamamlayıb.

Azərbaycan Sambo Federasiyasındanverilən məlumata görə, yığma qitə yarışında 1 qızıl və 2 bürünc medal qazanıb.

2022-ci il dünya çempionatının mükafatçısı Elvin Bağırov (64 kiloqram) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklərdə Avropa çempionu olub. Sonuncu dəfə böyüklər arasında Avropa çempionu ünvanına 8 il öncə Amil Qasımov çıxmışdı. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.

Həmçinin Rəsul Aydəmirov (98 kiloqram) və Nicat Məmmədli (58 kiloqram) 3-cülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, yarış mayın 11-12-də gənclər və yeniyetmələrin Avropa çempionatı ilə davam edəcək.