Muxtar Babayev: Ümidvarıq, bütün ölkələr COP29 ilə bağlı anlayış və həmrəylik göstərəcək
Biz sizi COP29 ilə bağlı bütün hazırlıqlarda məhsuldar olmağa və bu tədbirin gündəliyini fəal şəkildə hazırlamaq üçün dəvət edirik. Düşünürəm ki, müzakirə olunacaq məsələlər çoxdur.
Bu sözləri Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev mayın 24-də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin iştirakı ilə keçirilən Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29-a dair təqdimat mərasimində deyib.
Bu mötəbər tədbirə hazırlıq işlərindən danışan Muxtar Babayev deyib: “Bizim komandamız artıq bir neçə aydır ki, COP29 üçün hazırlıqlar görür. Bugünkü tədbir isə sizin təkliflərinizi dinləmək üçün bir fürsətdir. Ümidvarıq, bütün ölkələr COP29 ilə bağlı anlayış və həmrəylik göstərəcəklər. Onlar öz səylərini birləşdirərək bir-birinə daha yaxın olacaq, bu da məsələləri həll etməyimizə kömək edəcək".//Azərtac