Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi hərbi təlim təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Nazirlik bu barədə "X" sosial media hesabında qeyd edib.

"Qardaş Türkiyənin Kayseri şəhərində baş vermiş təyyarə qəzası xəbəri bizə son dərəcə kədərləndirdi. Qəza zamanı həlak olmuş pilotların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - deyə bildirilib.

Xatırladaq ki, bu gün Türkiyədə hərbi təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Qəza nəticəsində 2 pilot şəhid olub.