Azərbaycan millisinin Albaniya ilə oyununun biletləri satışa çıxarılıb
![](resizer.php?src=photos/2024/06/1717656670.jpg&h=475&w=690&zc=1&q=90)
Azərbaycan millisinin Albaniya yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.
Yerveinsan.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 19-221 manat arasında dəyişir.
Qeyd edək ki, Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş" İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.