Ceyhun Bayramov ilə İqnasio Kassis arasında telefon danışığı aparılıb

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis arasında telefon danışığı aparılıb.

XİN-dən bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, Avropada geosiyasi vəziyyət və İsveçrə tərəfindən göstərilən səylər, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çərçivəsində görülən işlər müzakirə edilib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.