Azərbaycan XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma seçkiləri tanımırıq
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”nə dair bəyanat yayıb.
Nazirliyin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və iyunun 9-da Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.