Deputatlığa namzidliyini irəli sürən şəxslərin sayı açıqlandı
Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 156 nəfər deputatlığa namizədliyini irəli sürüb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov qeyd edib.
O vurğulayıb ki, adıçəkilən 156-dan bir nəfər öz ərizəsi ilə imtina edərək seçki prosesindən çıxıb. Deputatlığa namzidliyini irəli sürən 155 nəfərdən 71-nin namizədliyi təsdiqlənib, onlardan 43 nəfərə imza vərəqi verilib.