Milli Məclisin sədri Rusiyaya işgüzar səfər edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və BRICS ölkələrinin X Parlament Forumunda iştirak etmək üçün iyulun 10-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova BRICS Parlament Forumunun plenar və MDB PA-nın Şura iclaslarında iştirak edəcək.