MSK 20 siyasi partiyanın 519 səlahiyyətli nümayəndəsini qeydə alıb

Mərkəzi Seçki Komissiyası (MSK) indiyədək 20 siyasi partiyanın 519 səlahiyyətli nümayəndəsini qeydə alıb.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iyulun 12-də keçirilən iclasında söyləyib.

MSK sədri digər partiyaları da seçki prosesində iştirak etməyə çağırıb.