MSK daha 5 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında beş siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
MSK sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Gələcək Azərbaycan Partiyasının, Müsavat Partiyasının, Azad Vətən Partiyasının, Vəhdət Partiyasının və Ədalət Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.