Azərbaycanda daha 16 nəfərin deputatlığa namizədliyi QEYDƏ ALINIB
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1048 nəfər namizəd olmaq üçün müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı deyib.
O qeyd edib ki, 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib:
"Onlardan 609 nəfər imza vərəqləri götürüb, 57 nəfər imza vərəqlərini geri qaytarıb, 16 nəfərin namizədliyi qeydə alınıb”.