Vilayət Vəliyev yenidən rektor təyin edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Vilayət Məmməd oğlu Vəliyevin yenidən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru təyin edilməsi ilə bağlı sərəncam verib.
Yerveinsan.az-ın məlumatına görə, dövlət başçısı sənədi Azərbaycan Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq imzalayıb.
Qeyd edək ki, V.Vəliyev ilk dəfə 2019-cu ildə AzTU-ya rektor təyin edilib.