Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edildi - FƏRMAN
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1521 (Cild I); 2024, № 1, maddə 29, № 2, maddə 146; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 dekabr tarixli 431 nömrəli, 2024-cü il 10 iyun tarixli 92 nömrəli və 10 iyul tarixli 136 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda dəyişiklik təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 iyul 2024-cü il