Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə əlaqədar Instagram hesabında paylaşım edib.

Yerveinsan.az paylaşımı təqdim edir:

"Növbəti qələbəmiz! İlham Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazandı! Gərgin əməyinə və qələbə əzminə görə paracüdoçumuza təşəkkür edirəm! Milli yığmamızın bütün üzvlərinə yeni qələbələr və nailiyyətlər arzulayıram!"