MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib
Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.
Qeyd edək ki, bu gün MSK sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub.