Azərbaycan XİN Dövlət Suverenliyi Günü münasibətilə xalqı təbrik edib
20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bu gündə Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsindəki paylaşımında yer alıb.
Paylaşımda həmçinin, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin minnətdarlıqla yad edilib, qazilərə isə Allahdan şəfa dilənib: "Yaşasın Azərbaycan!"