Kosmik hava proqnozu açıqlanıb
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, oktyabrın 7-13-də C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 30 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və həyəcanlanmış səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə yüksələcəyi gözlənilir.
Günəş küləyinin sürətinin tac kütlə atılması və müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə yüksələcəyi gözlənilir.
Gün ərzində geomaqnit qasırğası G1 səviyyəsində davam edəcək. Oktyabrın 9-dək TKA və müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri gözlənilir.