Milli Məclisin yeni komissiyasının ilk iclası keçirilir
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın iclası keçirilir.
İclasın gündəliyinə bir məsələ daxil edilib:
Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının "COP29-a qarşı hibrid təhdidlər" mövzusunda İctimai müzakirəsi.
Qeyd edək ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası VII çağırışın ilk sessiyasında yaradılıb.
Deputat Ramid Namazov komissiyanın sədri seçilib. Komissiyanın üzvləri Əminə Ağazadə, Kamran Bayramov, Nurlan Həsənov, Sevil Mikayılova, Rasim Musabəyov, Qaya Məmmədov, Gülşən Paşayeva, Zaur Şükürovdur.