S.Qurbanov: “Cəbrayıl şəhərinin işğaldan azad olunması Ordumuzun ən uğurlu əməliyyatlarından biridir”
S.Qurbanov: “Cəbrayıl şəhərinin işğaldan azad olunması Ordumuzun ən uğurlu əməliyyatlarından biridir”.
Bu sözləri 4 oktaybr Cəbrayıl şəhər gününün qeyd edilməsi ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov saytımıza söyləyib. S.Qurbanov bildirib ki, Cəbrayıl şəhərinin işğaldan azad olunması Ordumuzun ən uğurlu və strateji əməliyyatlarından biridir. Cəbrayıl şəhərinin işğaldan azad olunması həm də Azərbaycan sərhədlərinin bərpa olunmasında çox mühüm əhəmiyyətə malikdir.