Muxtar Babayev Çinin ölkəmizdəki müvəqqəti işlər vəkili ilə COP29-u müzakirə etdi

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Dinq Tao ilə görüşüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.