Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - Sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

 Sərəncama əsasən, bir nəfər “general-polkovnik” ali hərbi rütbəsinə, 3 nəfər “general-mayor” ali hərbi rütbəsinə, bir nəfər isə “ədliyyə general-mayoru” ali hərbi rütbəsinə layiq görülüb.