Avropa İttifaqı Şurasının prezidentinin Azərbaycana səfəri başlayıb

Noyabrın 11-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

 Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarl Mişeli Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.