BMT-nin İnkişaf Proqramının administratoru Axim Ştayner Azərbaycanda səfərdədir

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru Axim Ştayner noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

 Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin İdarə rəisi Məmməd Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.