Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət nazirinin müavini Murad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.