Ceyhun Bayramovun Qvineya-Bisaunun XİN rəhbəri ilə görüşü keçirilir
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranı Azərbaycana səfəri çərçivəsində görüşüb.
Bu barədə XİN “X” sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilir ki, hazırda Ceyhun Bayramovla Karlos Pinto Pereira arasında təkbətək görüş keçirilir.