Ceyhun Bayramov Qvineya-Bisaunun XİN rəhbərinə regiondakı vəziyyət barədə məlumat verib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranı Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüşü olub.

Bu barədə XİN “X” platformasında məlumat yayılıb.

Qeyd edilib ki, xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli sahələrdə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrin artırılması, əməkdaşlığın hüquqi bazasının inkişafı və iki ölkə arasında təcrübə mübadiləsinin aparılması məsələlərini müzakirə ediblər.

Nazir Bayramov həmçinin həmkarını regionda münaqişə sonrası vəziyyət barədə məlumatlandırıb.