Dekabr ayında bir neçə güclü maqnit qasırğası proqnozlaşdırılır
Dekabr ayında bir neçə güclü maqnit qasırğası proqnozlaşdırılır. Bunlar Günəşdən yayılan koronal kütlə atılmaları (CME) nəticəsində Yer kürəsinin maqnit sahəsinə təsir göstərəcək və texnologiyalara, rabitəyə, ən əsası insanların sağlamlığına təsir edəcək. Musavat.com NOAA-ya istinadən sözügedən tarixləri təqdim edir:
8-9 dekabr: Orta səviyyəli maqnit qasırğası (G2-G3) gözlənilir. Bu qasırğa nəticəsində şimal işıqlarının görünməsi ehtimalı artır. Peyklərin işinə və radiasiya səviyyələrinə qismən təsir göstərə bilər.
20-21 dekabr: Daha güclü (G3) maqnit qasırğası ehtimal olunur. Bu qasırğa elektrik şəbəkələrində və GPS sistemlərində qısa fasilələr yarada bilər. Aviasiya rabitəsinə də təsir göstərə bilər.
Maqnit qasırğası dövründə sağlamlığı qorumaq üçün bol su içmək, açıq havada çox vaxt keçirməmək və elektron cihazlardan mümkün qədər az istifadə etmək tövsiyə olunur.