Bu rayonlara suyun verilməsində fasilə yaranacaq

Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

 Bildirilib ki, işlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq.

"Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək",- deyə məlumatda qeyd edilib.