Gömrük qaydalarına əməl etmədən gətirilən malların hava limanında toplanması faktı aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Dubay-Bakı aviareysində paylaşılaraq sərnişinlər vasitəsilə gömrük qaydalarına riayət etmədən ölkəyə gətirilən müxtəlif növ malların hava limanının ərazisində onlardan toplanması faktı aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK)  bildirilib ki, sərnişinlərdən malları qəbul edən şəxs və onun idarə etdiyi nəqliyyat vasitəsi müəyyənləşdirilərək avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı müxtəlif mallar - 7 ədəd “İphone” markalı mobil telefon, 13 ədəd mobil telefon ekranı, 7 ədəd qol saatı, aksiz markasız 38 ədəd elektron siqaret, 3 ədəd ştativ hüquqpozma predmeti kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.