Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xərclərinə təqribən 4,5 milyon manat vəsait ayrılıb

Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılıb (artım 10,3 faiz).

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

Ə.Əsədov bildirib ki, 2024-cü ildə investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılıb.

“Xüsusi vurğulamaq istərdim ki, işğaldan azad olunmuş ərazilərdə ötən il ilk ali təhsil müəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başladı. Xankəndi şəhərində yerləşən bu universitetdə hazırda 6 fakültə var, 27 ixtisas üzrə 1154 tələbə təhsil alır və 160 nəfər çalışır”, - deyə Baş nazir əlavə edib.//Azərtac