Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Prezident,

Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm, xoşbəxtlik və firavanlıq arzulayıram".