Prezident İlham Əliyev Ramazan bayramı münasibəti ilə paylaşım edib (FOTO)

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Ramazan bayramı münasibəti ilə paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz bacı və qardaşlarım!
Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Allah orucunuzu və dualarınızı qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!".