BƏƏ-nin vitse-prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.

Uca Yaradandan Sizə cansağlığı və xoşbəxtlik, müsəlman ümmətinə rifah diləyirəm".