Ötən gün axtarışda olduğuna görə 68 nəfər saxlanılıb - DİN

Mayın 2-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.