Birinci vitse-prezident Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
“Heydər Əliyev – 102. Dahi şəxsiyyətin nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq”.