Bakının bu rayonlarında qaz kəsiləcək

Bakının Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədər olaraq 20.05.2025–ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” məlumat yayıb.

 Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Nizami küçəsinin, Ləhiş bağlarının, Maştağa qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, Suraxanı rayonu, Hövsan qəsəbəsinin O.Şabanov, E.Qasımov, R.Abdullayev, F.Bayramov, H.Quliyev, E.Məmmədov, İ.Əhlimanov, Dənizkənarı, Məktəbli, Bağça, İ.Məmmədov, Ş.Ziyadov, S,Qılmanov küçələri, Zeytun sovxozu, Quşçuluq, Sahil döngələri, Bağlar ərazisindəki istehlakçların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.