88 min dollara yaxın vəsaiti ölkədən çıxaran şirkət cərimələnib

Külli miqdarda vəsaiti ölkədən çıxararaq 2 il müddətinə ölkəyə qaytarmayan şirkət barədə tərtib edilən protokol təsdiq edilib.
Hadisə 14 mart 2023-cü ildə baş verib.
Belə ki, ödənişin aparıldığı iki il müddət keçməsinə baxmayaraq, vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olan 87918.00 ABŞ dolları məbləğində pulun 20 faizi, yəni 17.583,60 ABŞ dolları miqdarında cərimə edilib.//Trend