Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib 

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.

 Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş nazirini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.