Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə əlaqədar paylaşım edib (FOTO)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü münasibətilə rəsmi instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz həmvətənlər!
Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun!
Uca Tanrı Vətənimizi qorusun!"