Paytaxtın bu ərazisində su olmayacaq

Bu gün Zabrat qəsəbəsində suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilir ki, Zabrat qəsəbəsini içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar bu gün səhər saatlarından axşam saatlarınadək qəsəbəyə suyun verilməsində fasilə yaranacaq:
"Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək".