Prezident İlham Əliyev Şahin Mustafayevi təltif edib

Prezident İlham Əliyev Baş nazirin müavini Şahin Mustafayevlə bağlı Sərəncam imzalayıb.

 Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Abdulla oğlu Mustafayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah Ş. Mustafayevin 60 yaşı tamam olur.