NATO nümayəndə heyəti ilə görüş keçirilib

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib.
Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin NATO-nun “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” və “Planlaşdırma və analiz prosesi” sənədləri çərçivəsində görülmüş işləri müzakirə ediblər.