Azərbaycan və Somali XİN başçıları arasında görüş keçirilir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini qarşılayıb.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Qeyd edilib ki, nazirlər arasında təkbətək görüş keçirilir.

