Rauf Vəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Rauf Vəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında dəniz gəmiçiliyinin inkişafı sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Rauf Göyüş oğlu Vəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.