Gələn il Ağdam-Xankəndi dəmir yolu hazır olacaq - ADY

2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır

Bu fikirləri ADY-nin sədr müşaviri Arif Ağayev bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin əvvəlində Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşıma bərpa olunub, iyunun 15-də Bakı-Ağstafa-Bakı marşrutu Qazaxa qədər uzadılıb, avqustun 30-da isə Bakı-Ağdam-Bakı xətti açılıb.

 “Qeyd edim ki, Bakıdan Ağdama reyslərin təşkili Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə imkan verəcək”.

A.Ağayev deyib ki, 2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır:

“Qarabağla yanaşı, Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb”.//Trend